“SALAMNEWS” VƏ “İNTERAZ”DA ƏMƏLİYYAT: 7 NƏFƏR SAXLANILIB

Daxili İşlər Nazirliyi tərəfindən Bakıda və respublikanın müxtəlif yerlərində İran casus şəbəkəsinə qarşı əməliyyat keçirilib. Əməliyyat keçirilən yerlər arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” telekanalı da var. Əməliyyatlar nəticəsində 7 nəfər saxlanılıb.Məlumata görə, əməliyyatlar davam edir.