PAKİSTANDA PARTLAYIŞ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 90 NƏFƏRƏ YÜKSƏLİB

Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşəvər şəhərində məscidin partladılması nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb.

Pakistan polisinin məlumatına görə, partlayışdan sonra xəstəxanalara 200-dən çox yaralı gətirilib. Onlardan 100-ü xəstəxanadan buraxılıb, 100-nün müalicəsi isə davam edir.

Faciə ilə bağlı Hayber-Paxtunxva‎ əyalətində birgünlük matəm elan olunub.

Partlayış yanvarın 30-da günorta namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədilib. Hücumun məsuliyyətini Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Taliban” qruplaşması üzərinə götürüb.