AZƏRBAYCAN ƏSİLLİ RUSİYALI GÜLƏŞÇİ BEYNƏLXALQ TURNİRİN QALİBİ OLUB

Azərbaycan əsilli Rusiya idmançısı Xanım Vəliyeva Krasnoyarskda keçirilən beynəlxalq turnirin qalibi olub.
Rusiya yığmasının üzvü olan X.Vəliyeva Olimpiya, dünya və Avropa çempionu, SSRİ-nin Əməkdar idman ustası İvan Yarıgin adına sərbəst güləş üzrə beynəlxalq turnirdə 68 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Krasnoyarskda doğulan idmançı 2020-ci ildə Avropa çempionu, 2021-ci ildə dünya çempionatının bürünc medalçısı olub. O, beynəlxalq dərəcəli idman ustasıdır.