
Azərbaycanla birgə regional və qlobal sülhə töhfə vermək üçün gecə-gündüz çalışırıq.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Terrorla mübarizənin reallaşması üçün dünyanın 19 fərqli yerində minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk. Yeganə hədəfimiz terrorçulardır”, – H.Akar bildirib.
H.Akar qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.
