MƏDƏNİYYƏT NAZİRLİYİNİN KOLLEGİYASININ TƏRKİBİ DƏYİŞİB

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazir Əli Əsədovun imzaladığı dəyişikliyə əsasən Mədəniyyət Nazirliyinin kollegiyanın tərkibində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru ilə əvəzlənib.