ANTALYADA MEŞƏ YANĞINI BAŞLAYIB

Türkiyədə Antalyanın Alanya mahalının Toslak, Emişbeleni, Güzelbağ və Bayırkozağacı məhəllələrində meşəlik sahədə naməlum səbəbdən yanğın baş verib.

Türkiyə KİV-ləri xəbər verir ki, iki məhəllənin sakinləri təxliyə olunub.

Alanyanın bələdiyyə başçısı Adəm Murat Yücel bildirib ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir.