PREZİDENT İLHAM ƏLİYEV HACIQABULDA FERMER ELŞƏN XƏLİLOVUN PAMBIQ TARLASINDA SƏPİN PROSESİNİ İZLƏYİB

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

Dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.