İRAQIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ AZƏRBAYCANIN TEHRANDAKI SƏFİRLİYİNƏ TERROR HÜCUMU İLƏ BAĞLI BƏYANAT YAYIB

İraqın Bakıdakı səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədilməsi xəbərini böyük kədər hissi ilə qarşılayıb. Səfirlik bu qorxaq cinayəti pisləyərək, həlak olan şəxslə bağlı dərin hüznlə başsağlığı verir.

Bu barədə İraqın Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.

İraq səfirliyi Azərbaycan hökumətinə, həlak olan şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. “Rəbbimizdən Azərbaycan hökuməti və xalqı üçün təhlükəsizlik və əmin-amanlıq diləyirik”, – deyə bəyanatda bildirilib.