AŞ-IN BAŞ KATİBİ: DİPLOMATİK MİSSİYALARA QARŞI SİLAHLI HÜCUMLAR QƏBULEDİLMƏZDİR

Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peçinoviç Buriç Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Bu barədə o, tviter səhifəsində paylaşım edib.

Paylaşımda diplomatik missiyalara qarşı silahlı hücumların qəbuledilməz olduğu vurğulanıb.

Mariya Peçinoviç Buriç Azərbaycanla həmrəy olduğunu bildirərək, səfirliyin həlak olmuş əməkdaşının ailəsinə başsağlığı verib.