NASA MARSDA PİLOTSUZ HELİKOPTERİN UÇUŞUNU HƏYATA KEÇİRDİ (FOTO)

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Marsda pilotsuz helikopterin ilk uçuşunu uğurla həyata keçirib.

Qeyd olunur ki, “Ingenuity” pilotsuz helikopteri Yerdən başqa digər planetin səthində uçuş həyata keçirən ilk aparat olub.

Pilotsuz aparat Marsın səthindən 3 metr hündürlüyə qalxıb və bir neçə dəqiqə havada qalıb.

Helikopterin bundan sonra daha bir neçə uçuş keçirəcəyi bildirilib.

Qeyd edək ki, “Ingenuity” helikopteri bu ilin fevralında “Perseverance” aparatının tərkibində Marsa eniş etmişdi. Onun ilk sınaq uçuşu proqramda qeydə alınan qüsurlara görə bir neçə dəfə təxirə salınmışdı.