KAMRAN ƏLİYEV: BAŞ PROKURORLUQ EKOLOGİYA SAHƏSİNDƏKİ QANUN POZUNTULARINA QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRİB

Baş Prokurorluq tərəfindən ekologiya sahəsindəki qanun pozuntularına qarşı mübarizə gücləndirilib.

Bu barədəBaş Prokurorluqda keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanmış, 22 vəzifəli şəxs barəsində təqdimat verilib.
Həmçinin, ekoloji hüquqpozlara dair məlumatlar araşdırılan zaman ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 486 min 621 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Bununla yanaşı, kəsilmiş ağacların əvəzinə 493 min manat dəyərində yeni ağacların əkilməsi təmin edilib.