
Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev-100” videolayihəsinə start verib.
Komitədən bildiriblər ki, layihə çərçivəsində görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları ilə görüşləri, xaricdə yaşayan soydaşlarımıza Ümummilli Liderin çağırış və tövsiyələri, tarixi şəxsiyyətlərə qayğısı, Cənubi Azərbaycan mövzusunda çıxışları və s. yer alacaq.
Ulu Öndərin xarici səfərləri zamanı görüşdüyü Azərbaycan icmalarının üzvlərinin ilk dəfə dilə gətirəcəkləri maraqlı xatirələr də videoformatda təqdim olunacaq. Artıq videoçarxların istehsalına başlanılıb. Layihənin çəkilişləri həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə aparılır.