MÜƏLLİMLƏRİN APELLYASİYA MÜSAHİBƏLƏRİ BARƏDƏ MƏLUMAT ONLARIN ŞƏXSİ SƏHİFƏLƏRİNƏ GÖNDƏRİLİB

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar şəxsi səhifələrinə göndərilib.

Bu barədə Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr yanvarın 27-də onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmaları tövsiyə edilir.