FIFA DƏRƏCƏLİ AZƏRBAYCAN HAKİMLƏRİNƏ EMBLEMLƏR TƏQDİM OLUNUB

Yanvarın 23-də 2023-cü ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.

AFFA xəbər verir ki, tədbirdə assosiasiyanın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Hakimlər Komitəsinin sədri Barış Şimşek iştirak edib.