İPOTEKA KREDİTLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏRİN QƏBULUNA BU TARİXDƏN BAŞLANILIR

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara kreditləşmə üçün yeni limitlər ayırıb.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, limitlər yanvarın 24-də, saat 11:00-da aktivləşdiriləcək.

Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.