
“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilir. Sahibkarlar aşağıdakı xidmətlər üçün Səhiyyə Nazirliyinin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər:
– dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;
– dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin verilməsi;
– gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi;
– üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi;
– narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının idxalına və ixracına icazə verilməsi;
– özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə DIN-dən razılıq məktubunun alınması üçün xüsusi rəyin verilməsi;
– əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə DİN-dən xüsusi icazənin alınması üçün rəyin verilməsi;
– dərman vasitələri haqqında məlumatın verilməsi.
Qeyd edək ki, “Bakı KOB evi” (ünvan: Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.
