
ABŞ dövlət katibi E.Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu sözdə deyil, əməldə görmək istəyirik.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda səfərdə olarkən Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Şərq-Qərb Orta dəhlizində Azərbaycan, Qazaxıstan və Gürcüstanla üçlü və dördlü mexanizmlər qurub.
“Ümid edirəm ki, Ermənistan da bu prosesdə iştirak edəcək, yəni sülhə doğru səmimi addımlar atacaq. Təəssüf ki, biz son vaxtlar danışıqlar istiqamətində bəzi geri addımların şahidi oluruq. Bu gün ABŞ dövlət katibi E.Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu sözdə deyil, əməldə görmək istəyirik. Bunu rahatlıqla qardaş, can Azərbaycanın adından da deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşma məsələsində səmimidir”, – deyə M.Çavuşoğlu əlavə edib.