ABŞ SƏFİRİ RUSİYA XİN-Ə ÇAĞIRILDI

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd olunur ki, səfir ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar izahat üçün çağırılıb.

Rusiya tərəfi bu sanksiyalara müvafiq şəkildə reaksiya veriləcəyini bildirib.