GÜRCÜSTANLI BLOGER: AKSİYANIN KEÇİRİLDİYİ ƏRAZİDƏ HƏRƏKƏTƏ MANEƏ YARADAN HEÇ BİR HAL MÜŞAHİDƏ ETMƏDİM

Həmkarlarımla yanaşı, mən də Laçın-Xankəndi yolundakı aksiyanı müşahidə edirəm. Aksiya iştirakçısı olan gənc fəallar sivil qaydada etirazlarını davam etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın-Xankəndi yolundakı aksiyanı müşayiət etmək üçün əraziyə gələn gürcüstanlı bloger Tamuna Mumladze deyib.

“Azərbaycanlı fəalların tələbləri ekoloji böhranla əlaqədardır. Müşahidələrin əsasında hazırda durduğumuz Laçın-Xankəndi yolunda hərəkətə maneə yaradan heç bir hal görmədim. Mən hələ ki burdayam, ümid edirəm ki, yoldan necə istifadə olunmasını görəcəyəm və çəkib öz izləyicilərimə göstərəcəyəm. Mən də hamı kimi, ekoloji cinayətə qarşıyam”.