“FOREIGN POLICY NEWS” NƏŞRİ AZƏRBAYCAN PREZİDENTİNİN CƏNUBİ QAFQAZIN GƏLƏCƏYİNƏ DAİR FİKİRLƏRİNİ İŞIQLANDIRIB

ABŞ-ın “Foreign Policy News” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı haqqında məqalə dərc edib.
Məqalədə sözügedən konfransda on minlərlə insanın ölümü ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi üzrə müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirak etdiyi qeyd olunub.
Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri məqalədə geniş yer alıb.