ÇİNDƏ KİMYA ZAVODUNDA PARTLAYIŞ OLUB, ÖLƏNLƏR VAR

Çində kimya zavodunda partlayış olub.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Liaoninq əyalətində baş verən partlayışda azı 2 nəfərin həlak olduğu qeyd olunub. 12 nəfər itkin düşüb, 34 nəfər isə yaralanıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağırdır.
Hazırda xilasetmə xidmətləri partlayışdan sonra başlayan yanğınla mübarizə aparır.