
Yanvarın 13-də gecə və səhər saatlarında duman ilə əlaqədar Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Qorağan-Qax-Zaqatala, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdaş-Ləki, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Şəmkir-Gədəbəy, Bərdə-İstisu, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin arabir 200-700 metrədək məhdudlaşacağı, gecə saatlarında dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
