RUSİYA XİN: ERMƏNİSTAN AZƏRBAYCANLA DANIŞIQLARIN NÖVBƏTİ MƏRHƏLƏSİNİ KEÇİRMƏK FÜRSƏTİNİ ƏLDƏN VERDİ

Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verdi.

Bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

“Təəssüf ki, erməni tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün yaxşı fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”, – deyə o bildirib.