TÜRKİYƏ YENİ PİLOTSUZ UÇUŞ APARATINI UĞURLA SINAQDAN KEÇİRİB

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.

Bu barədə Türkiyə KİV-də məlumat verilir.

Qeyd edilib ki, şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının (DİHA) 8000 fut əməliyyat hündürlüyündə uçuş sınaqları uğurla tamamlandı.

2019-cu ildə “Baykar” tərəfindən ilk dəfə elan edilən DİHA, kəşfiyyat və izləmə missiyaları üçün fəaliyyətlər həyata keçirə bilir.