Türkiyədə Ramazan ayında COVID-19 pandemiyası ilə əlaqədar kütləvi iftar tədbirləri keçirilməyəcək.
Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
Qərara əsasən, bu müddət ərzində məscidlərdə təravih namazı da qılınmayacaq.
Qeyd edək ki, bu günə qədər Türkiyədə 3,8 milyondan çox şəxs koronavirusa yoluxub, 34 minə yaxın xəstə vəfat edib.