RONALDONUN “ƏL-NƏSR”İN OYUNÇUSU KİMİ TƏQDİMAT MƏRASİMİNİ ÜÇ MİLYARD İNSAN İZLƏYİB

Hücumçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun oyunçusu kimi təqdimatını üç milyard insan izləyib. Bu barədə jurnalist Pedro Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.Mənbənin sözlərinə görə, 37 yaşlı hücumçunun təqdimatını 3 milyard tamaşaçı auditoriyası ilə dünyanın 40 kanalı nümayiş etdirib.2022-ci ildə Qətərdə Argentina və Fransa millilərinin qarşılaşdığı (penaltilər üzrə 3:3, 4:2) dünya çempionatının final oyununu dünyada 2 milyard insan izləyib.Qeyd edək ki, yanvarın 3-də “Əl-Nəsr” Ronaldonu Ər-Riyaddakı 25 min tamaşaçı tutumuna malik “Mrsul Park” stadionunda təqdim edib. Portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.