ŞƏMKİRDƏ VALYUTADƏYİŞMƏ MƏNTƏQƏSİNƏ QUMBARA ATILIB, YARALANANLAR VAR

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb.

Hadisə rayonun “Bazar” adlanan ərazisində baş verib.

Belə ki, naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfərin yaralandığı deyilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.

Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.