İDMANIN İNKİŞAFINDA XİDMƏTLƏRİNƏ GÖRƏ İKİ NƏFƏRƏ AZƏRBAYCAN PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜ VERİLİB

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Çopsiyev İsmayıl Səməd oğlu

Məmmədyarov Həmid Hilal oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.