SERGEY LAVROV AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLH SAZİŞİNDƏN DANIŞIB

Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraqlı olduğu formada və həcmdə hər cür yardım göstərir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, “Rusiya yaxın aylarda Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasını gözləyirmi” sualına cavabında deyib ki, bu sualı danışıqlar aparan tərəflərə – Bakı və İrəvana vermək lazımdır.

“Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”, – deyə Lavrov bildirib.