MƏDƏNİYYƏT NAZİRİNİN BİRİNCİ MÜAVİNİ ADİL KƏRİMLİ SABİRABADDA VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 2023-cü il yanvarın 26-da saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən bildirilib ki, vətəndaşlar yanvarın 21-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.