AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİNİ POZMAĞA CƏHD EDƏN İKİ PAKİSTAN VƏTƏNDAŞI SAXLANILIB

Dekabr ayının 27-də saat 10:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Pakistan vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.