BAYRAM TƏTİLİNDƏN SONRA DƏRSLƏRİN BAŞLANACAĞI TARİX AÇIQLANIB

Bayram tətilindən sonra dərslərin başlanacağı tarix açıqlanıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayram tətilindən sonra ilk iş (dərs) günü beşgünlük müəssisələrdə yanvarın 5-dir.

Altıgünlük təhsil müəssisələrində isə şagirdlər yanvarın 4-də dərsə gedəcəklər.