FƏRHAD BƏDƏLBƏYLİ “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev F.Ş.Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Şəmsi oğlu Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib.