
Cari ildə 1991-1997-ci illərdə hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi reallaşdırıldı.
Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 16 min 679 şəxsə birdəfəlik ödənişlərin verilməsi təmin olunub.
“Naxçıvanda qeydiyyatda olan 441 şəxsə, məhkəmə qətnaməsi yoxlanılaraq 1109 şəxsə həmin ödənişlər praktik qaydada həyata keçirilib”,- deyə o əlavə edib.
