PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan:

Möhtərəm cənab Prezident.

İcazə verin, Qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbriklərimi çatdırım.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı bildirir, möhkəm cansağlığı, tükənməz enerji, əmin-amanlıq və Azərbaycan Respublikasının daha da firavanlaşması naminə bütün planlarınızın uğurla həyata keçməsini diləyirəm.

Siz zəngin siyasi təcrübəniz, enerjiniz, peşəkarlığınız, habelə ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızla çoxları üçün nümunəsiniz.

Mən, həmçinin Qaqauziya sakinlərinə göstərdiyiniz diqqətə, Qaqauz Yeri ilə əməkdaşlığın inkişafına dəyərli töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, Qaqauz Yerinin rəhbərliyi Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsini zəruri sayır və biz qardaş xalqlarımızın rifahı naminə dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün maksimum səy göstərəcəyik.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizə bir daha yüksək ehtiramımı bildirir, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

xxx

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivakdan:

Əziz İlham Heydər oğlu.

İcazə verin doğum gününüz münasibətilə Sizi əslən Azərbaycandan olan, İsraildə yaşayan çoxminli icma adından təbrik edim.

Siz Prezident vəzifəsində olduğunuz müddətdə Azərbaycan dəyişərək ən sürətlə inkişaf edən qabaqcıl ölkələrdən birinə çevrilib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi cəhətdən cəlbedici ölkələrdən biri olub. Azərbaycanın müsbət imicinin təbliği işinə Sizin töhfəniz əvəzsizdir.

Əziz İlham Heydər oğlu, biz, əslən Azərbaycandan olan, hazırda müxtəlif qitələrdə yaşayan insanlar həmişə öz Vətənimizlə fəxr etmişik. Sizin rəhbərliyinizlə Azərbaycan öz ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda 44 günlük müharibədə qalib gəldi və biz aydın başa düşürük ki, bu, Sizin xidmətinizdir. Məhz Sizin rəhbərliyinizlə azərbaycanlılar qürur doğuran qalib xalq adını qazandılar, Azərbaycan müzəffər ölkəyə çevrildi.

Azərbaycan xalqına məhz Sizin kimi müdrik, uzaqgörən, mütərəqqi bir lider layiqdir.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

xxx

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqe və böyük nüfuz qazanması, yeni-yeni uğurlara imza atması Sizin ölkənin gələcəyi naminə göstərdiyiniz əvəzolunmaz xidmətlərin nəticəsidir. Sizin yüksək şəxsi keyfiyyətləriniz, Vətənə, xalqa olan məhəbbətiniz və bağlılığınız, hər zaman dövlətin milli maraqlarından çıxış edən uğurlu diplomatik addımlarınız şərəfli missiyanızın parlaq göstəriciləridir.

Sizin bu ili ölkədə “Şuşa İli” elan etməyiniz Azərbaycanın və bütövlükdə Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin ayrılmaz və önəmli parçası olan Şuşanın dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin bərpası yönündə mühüm hadisə oldu.

Zati-alinizin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qarabağin incisi olan Şuşanın 2023-cü ili eyni zamanda “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qarşılayacağını səbirsizliklə gözləyir və biz şəhərin bu fəxri statusu yüksək səviyyədə daşımasına öz töhfəmizi verməyə hazırlaşırıq. Qürur hissi keçiririk ki, bu il ilk dəfə Fond tərəfindən Azərbaycandan kənarda – doğma Türkiyəmizdə “Şuşa günləri” təşkil olunmuşdur. Biz bütün fəaliyyətimizdə Sizin daimi dəstəyinizi hiss edirik.

Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

xxx

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannisdən:

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Sizə və xalqınıza cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq diləyirik.

xxx

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Bu qarşılıqlı fəaliyyət bundan sonra da təhlükəsizliyin təmin edilməsinin, ölkələrimizin milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq.

xxx

“SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Vətənə sevginiz, Azərbaycan Respublikasının mənafeyini qətiyyətlə qorumağa daim hazır olmağınız ölkə vətəndaşlarının gələcəyə inamını, ruh yüksəkliyini artırır, hər hansı təhdidlərin öhdəsindən gəlməyə kömək edir.

Müdrik siyasi rəhbərliyiniz, hərtərəfli düşünülmüş qərarlarınız və çox zəngin təcrübəniz sayəsində Siz həm respublikada həyat səviyyəsini artırmağa, həm də Azərbaycanı dünya geosiyasi arenasında mühüm aktorlardan birinə çevirmək kimi çox mühüm məsələni həll etməyə nail olursunuz.

Əminəm ki, müasir və güclü dövlət lideri olaraq Siz Azərbaycanın tərəqqisi, ölkənin bütün vətəndaşlarının rifahı naminə hələ çox qələbələr qazanacaqsınız.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm.

xxx

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyevdən:

Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Dünya üçün hətta bu mürəkkəb illərdə də Azərbaycanın sabit şəkildə firavanlaşması və inkişaf etməsi, vətəndaşların rifahını yüksəltməklə, ədaləti müdafiə etməklə, ölkənin regionda və dünyada mövqelərini möhkəmlətməklə öz potensialını tam reallaşdırması üçün göstərdiyiniz böyük səyləri lazımınca qiymətləndirmək çətindir. Sizin müdrik rəhbərliyinizlə respublikada iqtisadiyyat, istehsalat, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə ardıcıl olaraq genişmiqyaslı səmərəli və mütərəqqi layihələr həyata keçirilir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri bu əməkdaşlığın inkişafına məhz Sizin ruhlandırıcı töhfəniz sayəsində xalqlarımızın rifahı naminə möhkəmlənməkdə və genişlənməkdə davam edir. Həyatınızın bu əlamətdar günündə Sizə ən səmimi arzularımı çatdırır, möhtəşəm və cəsarətli planlarınızın daim uğurla reallaşması üçün möhkəm cansağlığı, tükənməz güc və yaradıcılıq enerjisi diləyirəm.

Sizə, Sizin gözəl ailənizə, bütün dost Azərbaycan xalqına yeni nailiyyətlər və qələbələr, əmin-amanlıq və səadət arzu edirəm.

xxx

İsrailin sabiq Prezidenti, Knessetin sabiq sədri, Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Dalia İtzikdən:

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox şadam.

Bildiyiniz kimi, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvüyəm. Bu təşəbbüs və bir çoxlarının bacarmadığı işi görmək, müxtəlif ölkələrdən olan insanları bir araya gətirərək dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək istiqamətindəki uğurlu səylər məndə dərin təəssürat yaradır.

Mən ölkənizə və daim inkişaf edən Bakı şəhərinə çox heyranam. Hər səfərim zamanı fərqli Bakı görürəm. Qonaqpərvərliyinizə və Qlobal Bakı Forumu kimi mühüm toplantını hər dəfə böyük müvəffəqiyyətlə təşkil etdiyinizə görə Sizə təşəkkür edirəm. Hər dəfə forumda insanların peşəkarlıqla, səmimiyyətlə və mehribanlıqla iştirakını xüsusi qeyd etmək istəyirəm.

Bu əlamətdar gün – doğum gününüz münasibətilə Sizə daha uzun illər ərzində ölkənizi belə gözəl şəkildə idarə etməyi arzulayıram.

Sizə, xanım Mehriban Əliyevaya və gözəl qızınız Leyla xanıma ən səmimi salamlarımı çatdırıram.

xxx

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, Rusiyanın Əməkdar jurnalisti Dmitri Lixanovdan:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından səmimi təbriklərimi qəbul edin.

Unikal nüfuzunuz, siyasi müdrikliyiniz və peşəkarlığınız Sizə dərin hörmət qazandırır, insanların, Azərbaycan uşaqlarının qəlbində xoşbəxt və işıqlı gələcəyə ümid yaradır.

Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzu edirəm. Uşaqların rifahı naminə əməkdaşlığa həmişə hazırıq.

xxx

Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovadan:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin müəllimləri və şagirdləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Böyüməkdə olan nəslə səmimi qayğınıza görə Sizə təşəkkür edirik. Həştərxan vilayətinin ərazisində həyata keçirilmiş çoxsaylı humanitar layihələr arasında Həştərxan şəhərindəki 11 nömrəli orta məktəbin yenidən qurulması xüsusi yer tutur. Bizim ümumtəhsil müəssisəsi ilə bağlı yüzlərlə uşaq və yaşlı insan görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan məktəbə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir.

Məktəbin kollektivi adından səmimi təbriklərimizi qəbul edin. Sizə bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzu edirəm.

Sizə xalqınızın rifahı naminə fəaliyyətinizin daha da uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsini diləyirəm.

xxx

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevdən:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanın əzəmətli inkişaf planlarını bundan sonra da səmərəli şəkildə davam etdirməyinizi arzulayıram.

Azərbaycanın regionları ilə Rostov vilayəti arasında qarşılıqlı iqtisadi fəaliyyətin və dostluq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş və vaxtında qəbul edilmiş qərarlarınıza görə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq və xoş günlər arzulayıram.

xxx

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevdən

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə görkəmli dövlət xadimi, istedadlı rəhbər, güclü və müdrik insan kimi dərin hörmət bəsləyirəm.

Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında möhkəm iqtisadi və mədəni əlaqələr zamanın sınağından çıxıb.

Əminəm ki, bizim çoxşaxəli tərəfdaşlığımız bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək, yeni perspektivli layihələrlə genişlənəcək.

Möhtərəm İlham Heydər oğlu, əminəm ki, ali dövləti vəzifənizdə Sizi yeni-yeni uğurlar gözləyir.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm.

xxx

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan:

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və firavanlaşan Azərbaycanın təşəkkülü və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Siz uzaqgörənliyiniz və sarsılmaz iradəniz sayəsində müasir dövrün çoxsaylı siyasi və iqtisadi təhdidlərini dəf edərək ölkənin təhlükəsizliyinin, milli birliyinin möhkəmləndirilməsində, mənəvi dəyərlərin, respublikanın siyasi sabitliyinin və davamlı iqtisadi inkişafının təmin edilməsində sanballı uğurlar qazanmısınız.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoş günlər və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

İcazə verin, Yeni il bayramı ərəfəsində Sizə, bütün doğmalarınıza və yaxınlarınıza xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycanın tərəqqisi naminə səmərəli fəaliyyətinizdə daim uğurlar diləyim.

Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Əliyevlər ailəsinin möhtəşəm zəfərlərinin və gözəl ənənələrinin daha bir təntənəsi ili olacaq, qardaş Azərbaycan torpağına sülh, asayiş və firavanlıq gətirəcəkdir.

xxx

11:25

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və xalqınızın rifahı naminə yeni və daha böyük zəfərlər diləyirəm”.

xxx

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən:

“Zati-aliləri.

Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Həm Prezident olduğum illərdə, həm də sabiq Prezident kimi fəxri status daşıdığım dövrdə Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı böyük uğurların şahidi olmağımdan məmnunluq duyuram. Bu müddət ərzində bir sıra sahələrdə intensiv əməkdaşlığımız sayəsində dəyərli dostluğumuzu dərinləşdirməyə nail olduq və dövlətlərimiz arasında bugünkü münasibətlərin təməlini qoyduq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi dünyanın müxtəlif guşələrinin elmi, mədəni və akademik dairələrinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, yüksək səviyyəli dövlət rəsmiləri ilə birlikdə dünya miqyaslı və dəyərli təşkilatın çoxsahəli fəaliyyətində iştirakımdan da xüsusi məmnuniyyət duyuram. Məhz görkəmli şair Nizami Gəncəvinin əsərlərinin və ruhunun, eyni zamanda, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələrinin təməlini təşkil edən multikulturalizm, sülh, əmin-amanlıq, sevgi, qarşılıqlı hörmət, bərabərlik kimi dəyərlər bütün qitələrdən müxtəlif mədəniyyətləri, fərqli mentalitet və maraqları bir araya gətirə bilib.

Bu əlamətdar gün eyni zamanda Nizami Gəncəvinin qeyd olunan dəyərlərindən qaynaqlanaraq Sizin tarixi uğurlarınızı vurğulamaq üçün gözəl fürsətdir. Siz Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməyə nail oldunuz, xalqınıza sevinc və məmnunluq hisslərini bəxş etdiniz.

Möhtərəm Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

xxx

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə bütün quruculuq təşəbbüslərinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və çox böyük əməksevərliyiniz, gözəl işgüzar və insani keyfiyyətləriniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib.

Sizin gözəl ölkənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoş güzəran və səadət arzulayıram.

Dərin hörmət və ehtiramla Sizə və xanımınız Mehriban Arif qızına xoşbəxtlik arzularımı və ən xoş diləklərimi yetirirəm”.