CEYHUN BAYRAMOV RUSİYAYA SƏFƏRƏ GEDİB

Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir C.Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi nəzərdə tutulur.