İORDANİYANIN KRALINDAN PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GƏLİB

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”.