LATVİYANIN DÖVLƏT BAŞÇISI PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Latviya Respublikasının Prezidenti Egils Levitsdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.