
BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub.
Bu barədə bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb.
“Ermənistanın sözügedən sənədi kobud şəkildə pozmasını nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışları Ermənistan tərəfindən dinlənilməlidir”, – deyə paylaşımda bildirilib.
