SABUNÇU RAYON MƏHKƏMƏSİNİN HAKİMİNİN SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLİB

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ə.Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, qərara alınır:

– Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.