ÇÖVKƏN YARIŞLARINA START VERİLİB

16 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə start verilir.

5 komandanın iştirakı ilə təşkil olunacaq yarışlarda ümumilikdə 12 oyun keçiriləcəkdir.

Təşkil olunmuş püşkatmanın nəticələrinə əsasən qrupda komandaların yerləşməsi və gündəlik oyunlar cədvəli müəyyən olunmuşdur.
Turnirin təntənəli açılış mərasimində musiqili proqram və iştirakçıların atla paradı keçirilib.

Açılış gününün ilk oyununda “Sərhədçi-Dilbaz” komandası ilə “Polad” komandası qarşılaşacaq. Günün digər oyununda isə “Sərhədçi-Qarabağ” komandası “Buta Qolden” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, turnir 16, 17, 18, 20, 22 dekabr 2022-ci il tarixlərində qrup oyunları, 24 dekabr 2022-ci il tarixində isə final mərhələsi ilə davam edəcəkdir. Qrup oyunları və final oyunları Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcəkdir.