MOSKVA-GƏNCƏ TƏYYARƏSİ HAVA LİMANINA MƏCBURİ ENİŞ EDİB

Moskva-Gəncə təyyarəsi hava limanına məcburi eniş edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib

Məlumata görə, “Utair” aviaşirkətinin Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Boeing 737 təyyarəsi yerli vaxt ilə saat 10:42-də Bakı hava limanına eniş edib.