AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKMƏNİSTANA SƏFƏRİ BAŞA ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.

Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər yola salıblar.