AZƏRBAYCAN, TÜRKİYƏ VƏ TÜRKMƏNİSTAN XİN BAŞÇILARININ GÖRÜŞÜ KEÇİRİLİR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” hesabında bildirilib.

Qeyd edək ki, görüş Türkmənistanın Avaza rayonunda keçirilir.