“PROKURORLUQ HAQQINDA” QANUNUNDA DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin ikinci hissəsi ləğv edilir.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.