Şuşada aşkar olunan “İskəndər” raket qalıqlarının hansı növə aid olduğu hələlik məlum deyil.
Bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.
O qeyd edib ki, hələlik ərazilərdə axtarışlar davm etdirilir:
“Raketə aid olan hansısa kod, yaxud yazı aşkar edilərsə, bu barədə əlavə məlumat veriləcək. Onda məlum olacaq ki, raket hansı növə aiddir.
Hazırda iki “İskəndər” raketinin atıldığı ehtimal edilir. Raketin mühərrik hissələrinin axtarışları davam etdirilir. Həmin hissələr də aşkar ediləndən sonra, rəsmi olaraq sübut olunacaq ki, Ermənistan iki raket atıb”.