FƏRİD QAYIBOV YENİDƏN AVROPA GİMNASTİKASININ PREZİDENTİ SEÇİLİB

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti postunda qalıb.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, Portuqaliyada keçirilən 29-cu konqresdə F.Qayıbov səs çoxluğu ilə yenidən prezident seçilib.
Qeyd edək ki, F.Qayıbov Avropa Gimnastikasına 2017-ci ildən rəhbərlik edir.