YAP-IN 30 İLLİYİ MÜNASİBƏTİLƏ BİR QRUP ŞƏXS PREZİDENTİN FƏXRİ DİPLOMU İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi münasibətilə qərara alınır:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Əliyev Pənah Əli oğlu

İbrahimov Eldar Rza oğlu

Quliyev İsgəndər Həsən oğlu

Məmmədhəsənov Rafiq Musa oğlu

Nəsirov Məmməd Yahya oğlu.