NATO: AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ PEŞƏKARLIQ VƏ ÖZ İŞİNƏ SADİQLİK NÜMAYİŞ ETDİRİR

Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir.

Bunu bu gün Bakıda “NATO günləri” çərçivəsində “SHAPE Partnerships Country Engagement” tərəfdaşlıq şöbəsinin rəisi, polkovnik İqor Tabulov-Truta deyib.

“Mən Azərbaycan Silahlı Qüvvələrini nümayiş etdirdikləri inkişafla bağlı təbrik etməliyəm. Qüvvələrin müxtəlif komponentləri bizim operativ potensial konsepsiyası mexanizmimiz sayəsində tam operativ bacarıqlara yiyələniblər”. – deyə o bildirib.

İ.Tabulov-Truta əlavə edib ki, “NATO günləri” Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və məqsədyönlülüyünü görmək imkanı yaradıb.

“Azərbaycan NATO-nun güclü tərəfdaşı olmaqda davam edir. Onun NATO missiya və əməliyyatlarına töhfəsi hər zaman mühümdür”, – o deyib.