“URMU GÖLÜNÜN HARAYI” ADLI DƏYİRMİ MASA TƏŞKİL EDİLİB

Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə noyabrın 30-da “Urmu gölünün harayı” adlı dəyirmi masa keçirilir.
Tədbirdə ölkəmizdə səfərdə olan Cənubi azərbaycanlı fəallar, həmçinin Azərbaycanın tanınmış ekspert və akademik icmasının nümayəndələri iştirak edirlər.
Dəyirmi masada Güney Azərbaycanda baş verən ekoloji, etnik və mədəni diskriminasiya barəsində, həmçinin bu ayrı-seçkiliyə qarşı ölkəmizdə və kənarda fərdlərin, təşkilatların nə cür fəaliyyətlər göstərməsi müzakirə olunur.